Qarabağda yaralanan erməni mer İrəvana köçürüldü

Qarabağda yaralanan erməni mer İrəvana köçürüldü

Vanadzorun keçmiş meri, aprelin əvvəllərində Qarabağda könüllü döyüşməyə gələn və ayağını itirən Andranik Harutünyan Xankəndi xəstəxanasından İrəvan hospitalına köçürülüb.
 
Axar.az erməni mediasına istinadla xəbər verir ki, onun vəziyyəti hazırda orta-ağırdır.
 
Xatırladaq ki, 61 yaşlı Andranik Harutünyan Dağlıq Qarabağın "Yeğnikner” adlı hərbi hissəsində, ön mövqelərin birində döyüşə qatılan zaman yaralanıb. O, özü ilə birgə könüllü savaşmaq üçün gələn yoldaşı ilə birgə minaya düşüb və ayağını itirib.
 
Qeyd edək ki, Dördgünlük müharibə zamanı sarsıdıcı zərbə alan və böyük itki verən ermənilər əsgər çatışmazlığı səbəbindən qoca və qadınları cəbhəyə cəlb etmişdilər. Onların bəziləri cəbhəyə gəlib çatmamış, elə yolda ikən zərərsizləşdirilmişdi.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az