Qayınana ilə əri gənc gəlini döyüb, saçını qırxdılar – RƏZALƏT

Qayınana ilə əri gənc gəlini döyüb, saçını qırxdılar – RƏZALƏT
Samux rayonunda qayınanası və əri tərəfindən döyülərək təhqir olunan gəlin intihara cəhd edib.

Miq.az -ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində baş verib.

Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü P.İ. qayınanası və əri tərəfindən döyülüb, daha sonra saçı qırxılıb. Əsəbi halda olan gəlin siçan dərmanı içərək intihara cəhd edib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadın hazırda reanimasiya şöbəsində müalicə olunur.

Faktla bağlı araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az