Bakıda qaz kəmərində baş verən partlayışla bağlı yeni görüntülər yayılıb.
Miq.Az xəbər verir ki, yanğın hələ də davam edir. Video hadisə şahidləri tərəfindən göndərilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qeydə alınıb.
Partlayışdan sonra qaz xəttində yanğın başlayıb. Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.