Qazaxıstan fövqəladə vəziyyət elan etdi

Qazaxıstan fövqəladə vəziyyət elan etdi
Koronavirusun yayılması səbəbindən Qazaxıstanda fövqəladə rejim tətbiq olunub.

Miq.Az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev əmr imzalayıb.

"Vətəndaşların həyatını və sağlamlığını qorumaq məqsədilə ölkənin bütün ərazilərində 16 mart saat 08:00-dan 15 aprel saat 07:00-a qədər fövqəladə vəziyyət elan olunsun”, - əmrdə bildirilib.

Eyni zamanda fövqəladə rejimin tətbiq olunması məqsədilə prezident yanında dövlət komitəsi də yaradılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az