Qaziyə icra hakimiyyətində VƏZİFƏ VERİLDİ

Qaziyə icra hakimiyyətində VƏZİFƏ VERİLDİ

Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

Miq.Az xəbər verir ki, bununla bağlı Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov əmr imzalayıb.

Əmrə əsasən, II Qarabağ müharibəsi qazisi, II qrup əlil Eyvaz Hüseynzadə Əmir oğlu Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin edilib.

İcra başçısı Eyvaz Hüseynzadəni qəbul edib, ona çətin və şərəfli işində uğurlar arzulayıb, tutduğu vəzifənin əhəmiyyəti və məsuliyyəti barədə qazimizə tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, E.Hüseynzadə hərbi əməliyyatlar zamanı göstərdiyi igidlik və şücaətinə görə dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən "Cəsur döyüşçü”, "Xocavəndin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az