Qızına 400 minlik toy edən məmurdan yeni açıqlama

Qızına 400 minlik toy edən məmurdan yeni açıqlama

Qızı Aysel Şükürovaya dəbdəbəli toy etməsi ilə gündəmə gələn Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov işdən çıxarılması və fəaliyyəti barəsində araşdırma başladılması barədə yayılan xəbərlərə münasibət bildirib.

Q.Şükürov ölkə.az-a açıqlamasında yayılan xəbərlərin yalan olduğunu söyləyib:

"Bilmirəm bu cür xəbərləri haradan tapıb yayırlar, ancaq həmin məlumatların hamısı yalandır. Mənim fəaliyyətimlə bağlı heç bir araşdırma yoxdur və bu barədə heç bir qurumdan müraciət olunmayıb. Axı nə etmişəm ki, haqqımda araşdırma da aparılsın, işdən çıxarılım? Bu cür xəbərləri dəqiqləşdirib yaymaq lazımdır”. 

Xatırladaq ki, "Qafqazinfo” saytı hüquq-mühafizə orqanlarından bu barədə məlumat əldə etdiyini iddia edərək Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun fəaliyyəti barəsində araşdırma başladıldığnı yazıb:

"Məlumata görə, günlərdir keçmiş həyat yoldaşından ayrılaraq yenidən ailə quran və özünə dəbdəbəli nikah-toy mərasimləri təşkil edən və bunu nümayişkaranə şəkildə internetdə yerləşdirən məmur övladı Aysel Şükürovanın qalmaqalı artıq ən üst dairələrin də diqqətini çəkib.

Qızın yeni həyat yoldaşı ilə bahalı həyat tərzi sürməsinə məhz atası, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun məmur kimi qazandığı pulların səbəb olması ilə bağlı ittihamlar onun barəsində araşdırmaların başlamasına səbəb olub.

Belə ki, artıq Bakının bütün əraziləri üzrə Bakı Lift İdarəsinin fəaliyyəti, liftlərin kimlər və hansı qaydalarla quraşdırılması, onlara xidmət və digər məsələlər ətrafında hesabatın hazırlanaraq müvafiq qurumlara təqdim olunmasına dair göstəriş verilib”.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az