"Bəzi dövlət adamları qapıları üzümüzə bağlayıblar"

"Bəzi dövlət adamları qapıları üzümüzə bağlayıblar"

Dövlət adamları üfunət iyi gələn işlərə 50 min manat xərcləyə bilirlər. Amma bu işə qol qoymur.

Bu dəfə ki müsahibim Borçalı Cəmiyyətinin sədri Zəlimxan  Məmmədlidir.

- Zəlimxan bəy ondan başlayaq ki, Borçalı türklərinin”Elat Mədəniyyət Günü” adı altında Borcalıda keçirilən tədbirlər artıq bir neçə ildi davam edir.Bu dəfəki tədbiri bundan öncəki keçirilən tədbirlərin davamı hesab etmək olarmı?

rtıq ənənə halını alıb. İlk öncə bunun haqqında məlumat verərdiniz?

Borçalı türklərinin”Elat Mədəniyyət Günü”ün keçirilməsi artıq ənənəvi xarakter almaqdadır.Baxmayaraq ki,buna çox yerlərdə özümüz və özümüzdən kənarda olanların kötük dığırraması hələdə davam edir.Hətta insanlarımız toparlandıqca daha da geniş vüsət alır. Bizcə bu nədi? gürcü başqa millətdir, başqa mədəniyyət və başqa din daşıyıcısıdır. Və kifayyət qədər Cənubi Qafqaz regionunda əhəmiyyətli nöqtədi və hər qaynar nöqtə olub və zamanda siyasi mərkəzə çevrilib. Biz gürcülərlə primitiv üsullalarla mübarizə aparmaq istəmirik və mədəniyyət vasitəsi ilə onlara yaxınlaşmaq istəyirik. Bizim ən böyük silahımız mədəniyyətdir. Borçalı türklərinin məişət mədəniyyətinin də ayrılmaz hissəsi Elat Mədəniyyətidir. Və təbii ki,bu bir vasistədir. Burda daha çox Azərbaycan,türk dünyası elitasının Borçalı türkləri ilə təmas qurmasıdı,regionu öyrənməsidi,Gürcüstanda baş verənləri dərindən öyrənməsidi,bizim gələcəyimiz haqqında,strateji mənada planlara dəstəkdi.Ümümiyyətlə Cənubi Qafqazın birliyinə aparan yolların aranmasında intelektual resursları,misal üçün qüdrəti səvərbər eləməkdi.O cümlədən mütərəqqi olan dəstək, misal üçün ideyalara içtimai dəstək verməkdi.Bizim ildə bir dəfə bir 5 min-on min, hər bir rəqəm deyir. mən rəqəm davası eləmirəm,minlərlə insanlarımız yığılır.Biz bir illik hesabat veririk və gələcək bir ilin də fəaliyyətinin istiqamətlərin müəyyən edirik.Mənim çıxışımın hər il ana xəttini bu təşkil edir.Bu ildə təbii ki, bu ənənə davam eləyəcək. Mən çox istəyirm bu millətin,toplumun ildə bir dəfə bu vaxta qədər olmayan təqvim bayramları, digər bayramlardan başqa mədəniyyətinin üzərində qurulan bayram ənənəsinin əsası qoyulsun və ənənəvi olsun. Mən 7-ci dəfə geçirilən bayramın böyük inamla-güvənclə bir böyük türklük qurultayı səviyyəsinə çatacaq olmasını istəyirəm,içimdə də bu inam var ki bu baş verəcək.

-Bəs gürcülər buna hazırdılarmı? Bilirsiz ki,gürcülərin ən azından mədəni istiqamətdə müəyyən yaxınlaşmaya münasibəti necədir?Ara-sıra müəyyən açıqlamalar olur,məsələn adicə keşiş kilsəsi ilə bağlıdır. Siz necə görürsüz,bu mümkün olacaqmı?

-Bunun mümkün olmasından başqa yolu yoxdur.Cənubi Qafqazın birliyi üçün Azərbaycan-Gürcüstan birliyinin möhkəm təməllər üzərində qurulmasından başqa inkişaf yolu ola bilməz. Əgər biz dünyada baş verən hadisələri hesablasaq bu iki dövlətin vəhdət Cənubi Qafaqzı xilas edə bilər.Baxmayaraq,bu da Ermənistan kimi inkişafı əngəlləyən ciddi bir pozucu qüvvə də var və onun himayədarı Rusiya da var. Və o cümlədən, çox eybəcər anti-bəşəri toxum səpən İran da var. Və bunlar içərisində düşünürük ki,gürcü mədəniyyəti kifayət qədər dayanıqlı və dərin özəlliklərə malikdir ki,o mədəniyyəti,yəni, Azərbaycan türkünün mədəniyyətini qəbul etmək zorundadır. Biz burada yol göstərmək fikrində deyilik və bəzi hallarda Azərbaycan dövrü mətbuatına,ictimai rəyinə çox saxta, çox primitiv gürcü mədəniyyətini aşılayacı informasiyalar daxil olur və bunu qətiyyətlə təkzib edirəm. Gürcü o dedikləri idisə,demokratiyanı qura bilməzdi. Gürcü artıq bölgədə demokratik ölkədir. Və bizim demokratiya qatarından başqa minəcəyimiz başqa qatar yoxdur, bunu hamı bilməlidir. Və dünyada baş verən proseslər onu deyir ki, obrazla desək Azərbaycan bölgədə hansı qatara minəcək? Geri,tənəzzülə doğru Rusiyanın qatarına, fəlakətəmi, və yaxutta bir bəşəriyyətin inkişafından geridə qalmış ərəb qatarınamı minəcək.Hara minəcək, təbii ki,demokratiya qatarına minməlidi ki,bu qatarda da Gürcüstan var. Demokratiya qatarına və Gürcüstanla bir qatara minməlidir. Bu baxımdan gürcü cəmiyyətinin 1-ci ildən buna nail olmasının şahidi olduq. Baxmayaraq ki, hələ əski düşüncə ilə- para düşüncəsi ilə yanaşanlar da var və bizim özümüzdən maraqlı bir şey deyim,bizim məmurlarımızdan biri deyir “Bunun mənə nə xeyri var?” Çox qəribə bir şeydir əslində, bu paradoksdur. O iyirmi min adam var ya yox,mənə xeyri var? Azərbaycan məmur düşüncəsini o çox alçaldır. Və o çox geridə qalmış düşüncəyə malikdir.Təəssüflər olsun ki, bu fikirlər Azərbaycan məmurları içərisindədirlər və bunlarla bu işi görmək olar. Bizim gördüyümüz insanlar fərdlidir, fərqli düşüncələri var, o cümlədən də,gürcülər. Ola bilər ki,dərk etmədə problemlər ola bilər, təxribatçı qüvvələr var,amma deməkratik təfəkkür mədəniyyətin inkişafını təmin etməlidir.

-Bu gün Azərbaycan yəni elə bir səviyyədədir ki,məcburdu Gürcüstanın mindiyi qatarına minmətə?bütün bu dediklərinizdən yola çıxdıqda biz gürcü qatarına minməliyik,yoxsa gürcüstanın mindiyi qataramı?

-Yox,Gürcüstanın mindiyi qatardan söhbət gedir. Gürcünün qatarı yoxdur. Dünyada bir demokratiya qatarı var. Bunun qabağına sən nə qədər bəndlər qoysan da,o yenə də gəlib aşır onu. Yənin onu aşmayacaq hələ ki heç nə yoxdur və ona alternavit qoyulan daha mütərrəqi bir cərəyan da yoxdur. Və ona görə də,inkişaf etmək istəyirik, yüksəlmək istəyirik,sivil cəmiyyət qurmaq istəyiriksə, insanların problemlərini həll etmək istəyiriksə, o qatarın içinə minməliyik.

- Amma bir çoxları hesab edir ki, gürcüstan demokratiya kasmetikası ilə bəzədilərək bölgə dövlətlərinə təqdim olunur.Yəni bu demokratik azadlıqlar Gürcüstanın özündə deyildiyi kimi deyil?

-Mən müqəddəsləşdirmək istəmirəm, amma biz yaddan çıxarmayaq ki, Gürcüstan hər an nifaqla üz-üzə,rus hərbi-siyasi maşınının hər zaman tətiyi əlindədir. Və bu etnik separatçılığa dəstək verən  imperiya düşüncəsinin əsas hədəflərindən biri Tiflisdir və orda da insanlar hamını Saakaşvili kimi və yaxud da bir demokrat olaraq düşündürmək qeyri mümkündü.Müxtəlif cərəyanlar var, iqtisadi maraqları olan ayrı-ayrı qruplar var,köhnə komandalar, Moskvanın hazırladığı KKB maşını var və bunlar təbii ki,öz rolunu oynamaqdadır.İranın ayətullahları var, və orda at oynadırlar və bunlar var. Və belə bir şəraitdə hələ ki bir tərəfdən Gürcüstan bir tərəfdən ola bilsin dəstəyi itirir, şəhərdə müəyyəm revanşist qüvvələr var,onlar moment axtarırlar. Ancaq düşünürəm ki, artıq demokratiyanın əsas inkişaf rıçaqları Gürcüstanı götürüb,yəni himayə eləyir.Avropa Birliyi, Avropa Şurası səviyyəsinə bu həyata keçirilir. Öhtəlikləri var, xətaları var öz yerində, amma hər halda Postsovet məkanında Pribaltikadan sonra mütərrəqi olanlardan biridi.Korrupsiya yo,rüşvət yox cibgirlik yox, qanunun tendensiyası sürətlidir. Milli azlıqlarla bağlı siyasətdə nəticə nədən ibarətdir? Bunu deyərlər özümüz elədik, filan elədik yalnışıq olar.Bir plus-4 modeli  ali təhsil sistemin alınmasında tədbiq olunur bu inqilab idi. Bu günlər bizim beş yüzün ustündə Borçalı, yəni Tiflisdə yaşayanTiflis vətəndaşı olan Azərbaycan türkəri Gürcüstan ali məktəblərində oxuyur. Mən bundan böyük nə görə bilərdim ki?! Əgər elm, intellekt dəstək qazanırsa, rejim bizi sıxır qışqırmaq yanlışlıqdır. İnsanları sıxan, hüquqlarını pozan bizim bizim adına qoyulan məmurlardır. Bizim adına addımızı bəddam edən ayrı-ayrı dələduzlardır. Hansı ki, o millətin başının altına yartıq qoyub və yeri gələndə də qonundur. Qanun işləyir və bir də baxırsan ki, insanlarımız geridə qalıb. Yəni, bu qatardan geridə qaldı. Təzədən ona çatmaq üçün hayqırırıq, qışqırırıq, nələr edirik ... Biz Borçalı insanlarının Gürcüstanda gedən proseslərdə, yəni, bu elat mədəniyyətində də olub ki,onun cəsuslarından biriyik ki, bu prossesin içində olmalıyıq. Gürcüstana siz ikincili və yaxud da Azərbaycana milli dövlət, ora vətən deməyin. O, sizin həm də milli dövlətinizdir. Orda babalarımızın qanları tökülüb. O torpağı eşələsən görəcəksən ki, nə qədim gürcü mədəniyyəti- türk danışacaq. Və ona görə də indi dövlət kimi yanışın,ona sahiblənin, inkişafına gedin,ictimai-siyasi həyatında fəal iştirak edin, dilini, mədəniyyətini öyrənin, özümüzün dilini və mədəniyyətimizi öyrədin. Yəni, zaman-zaman tarixən də belə olubdur. Min illərdir o bölgə türk dilində danışıb, müsəlman adət-ənənələri hakim olub və bu gün də elədir. Sadəcə olaraq hər keçid dövrünün öz xataları olduğu kimi, bunun da olub. Bu xataların aradan qaldırılması üçün sadəcə zaman lazımdır. Saakaşviliyə erməni də deyirdilər, filan da deyirdilər,amma bu gün demokratiyanın üstün olduğunu Gürcüstanın timsalında biz hamımız gördük. Yəni, başqa din, başqa mədəniyyət olsaq da, dinimizdə haram buyrulmuşlar Gürcüstan dinində halal buyrulmasına baxmayaraq, bu bölgədə barış və sülhün qarantı iki millətdir və iki dövlətdir. Bu dövlətin vəhdəti, birliyi ümumiyyətlə, Cənubi Qafqazın gələcək xoşbətliyinin təməlidi. Biz ayrıcı xəttlər axtarmırıq, biz ayrıcı xəttləri arayıb yaxınlaşdırmalıyıq. Və ona görə də mənim yeri gələndə vurulmağım, ayrı-ayrı mətbuat orqanlarının bayağı bu bəyanatların kökündə bu durur.Zəlimxan niyə məhz  məhz bunu istəyir. Mən düz olanı istəyirəm. Ömrümün mahiyyəti demokratiyanı azadlığa gətirmək olub, müstəqillik olub. Və bu yolda hələ də davam edir.Demokratiyanın alternativi varsa, təklif etsinlər, onu tutaq…

-Sizcə Gürcüstan-Azərbaycan arasında mədəni münasibətlər.əhalinin qarşılaşdığı müəyyən sosial,mədəni və tarixi problemlərin aradan qaldırılmasına kömək eləyəcəkmi? 

-Biz dünyada SSRİ-ni yıxdıq və yaxut da yıxıldı, biz niyə yenilik axtarırıq. Ona görə ki, ideolagiya dayanıqlı olmalıdır, Sosial-ədalətlilik prinsipi pozuldu. Millətlərin istismar prossesi başladı, dinin, dilin istismarı başladı. Bizim məscidlərimiz donuzxanaya döndərildi və ona görə də yıxılmalı idi o. Və mən güman edirəm ki, problemlərin həll olunmasında demokratiya ən optimal çıxış yoludur. Yəni, orada insanların dininə,dilinə,milli mənsubiyyətinə, irqinə fərq qoyulmur, qabiliyyətə fəqr qoyulmayacaq.istedadlara fərq qoyulmayacaq, istedadlılar,qabiliyyətlilər önə gedəcəkdir. Yəni, onun rənginin qara və ya ağ olması heç bir məna kəsb etməyəcək. Məsələn, Amerika kimi cəmiyyətdə qaradərili bir insanın demokratiyanın hansı böyük vüsətlə qabağa getməsində nə rol oynayır gözümüzün önündədi.İlk çıxışınıda Misirdə eləmişdi.Və ilk inqilabda Misirdən başladı.Bu elə-belə bir şey deyil.Bu bir sistemdi. Mən təbii ki, soydaşlarımızın problemlərinin olduğunu anlayıram. Və ən böyük problemlərdən biri onların işsizliyidir. Ümumiyyətlə, sosial problem çox mühüm faktor təşkil edir. Bizim zavod yox, fabrik yox, bizim də insanları kompakt tutmaqdan ötrü başa bir şey təklif etmək lazımdır. Zavod tikməlidir Azərbaycan, böyük universitet tikməlidir Azərbaycan, fabriklər tikməlidir Azərbaycan, böyük emal müəssisələri yaratmalıdır, kənd təsərrüfatı məhsullarının hazır məhsula çevirib müxtəlif təyinatlı, çeşidli məhsullar hazırlayıb bazara çıxarmalıdır. Kənd təsərrüfatı-aqrar təsərrüfat,mal-qara sahəsi kifayət qədər investisiya verən zonadır. İnsanların əməyə münasibəti, fədakarlığı və Azərbaycan investisiyanı bura qoymalıdır. Bir də görürüsən ki, Mozambikə, dünyanın harasasınasa inverstisiya qoyub,amma bura qoyulmur. Əslində isə bura qoyulmalıdır ki, insanlar əkinə daha meyilli olsunlar, onun malı zay olmasın. Təbii ki, onun içərisində biz düşünürük, geri çəkilməz bir prosses var-kənd adları bərpa olunmalıdır. Alı mövqeyimiz budur. Milli məktəblər saxlanılmalıdır. Mən Azərbaycana sorğu göndərmişəm- təhsil nazirliyinə və bizim diaspora idarəsinə. Onlar vaxtilə milli məktəblərimizin statusuna orada şübhə altına salan açıqlama da veriblər. Mən sorğu göndərmişəm ki, ifadə edin, nə üz görür Azərbaycan bizim orda məktəblərimizin gələcəyini? Azərbaycan hələ əvvəlki mövqeyindən dönməyib, açıqlama verməlidir. Orda soydaşlarımız təhsil almalıdır. Amma o demək deyil ki, bu internasional qaçmaqdır. Xeyir, əfəndim. Dünyada milli dildə təhsil almaq şərtdir, böyük beynəlxaq konvesiyalar var. Və buna hörmətlə yanaşmaq, ümumiyyətlə, o millətə yaxınlaşmaq deməkdir. Yəni, inancla bağlı problemlər var,ayrı-ayrı sektərlar var. Vaxt keçdikcə onların hüquqları məhdudlaşdırılır. Yəni, qanunvericilikdə onlara üstün hüquq verilmişdir, lakin artıq bu hüquqlar sıradan çıxır. Və yaxud zaman-zaman baş verən prosseslər, siyasi gərkinliklər var, mən Azərbaycanın problemini hərbi-strateji proqramının olmamasında görürürəm. Açıq deyirəm Azərbaycanın Borçalı yönəlik aydıni-stateji planı yoxdur. Əgər olsa idi, cəmiyyətin, ictimaiyyətin gücündən daha gözəl istifadə olunardı. Aydın proqram olanda çox aydınlıq olur.

 Türk tarixi abidələrinin qorunması üçün hansı tələbləri ödəyib Azərbaycan hökuməti? Biz qaldırmaqdan yorulmuşuq ki, o daş abidələrdir, o tarixi abidələrimizdir. Bu türkündür. Bunu hamımız qaldırmalıyıq. Gürcüstanın hardasa deyərdim iqtisadi cəhətdən Azərbaycanın yardımına ehtiyacı var. Yəni, bu vəziyyətdə sənin aydın siyasətin olmalıdır. Öz dilində danış, təmiz türk dilində danış və orta proyektlərini qoy. Bu gün baxsaq, sərhədimizdən iki metr o tərəfə olan neytral zona artıq yox olubdur. Kim elədi bunu? Mən elədim bunu? Hanı məmurlarımız, hara baxırlar? O neytral zona tarixən Azərbaycanın olub. Neytral zona yoxdur. Düz bizim Qırmızı körpüdən çıxan kimi bu zona niyə Gürcüstana verildi? Mən başa düşmürəm, niyə verildi? Bəlkə də, verilməli idi. Buna izahat versinlər. Xalq bilsin bunu. Bir qarış torpaq üstündə millətlər dava edirlər. Nə üçün verildi? Bax, bunun izahatını mən dövlətimizdən istəyirəm. Və Azərbaycan bu baxımdan, demokratikləşməlidir. Biz ona dəstək vermək istəyirik,amma hər tərəfdən təchiz olsun hələ ki. Hər şey var, amma onu etmək olmaz, bunu etmək olmaz. Nəyə görə? Ona görə ki, pozuşanda insanlar özləri fərqli bir auraya özü müstəqil yığılır, qruplaşır. Amma bunu istəməyənlər də var. Amma Azərbaycan fəal olmasa, çox aktiv, fəal olan Gürcüstandan geridə qalacaq. Onun geridə qalmasını istəmirik. Bizim ciddi problem budur. Biz onun hormonik böyüməsini istəyirik. Yəni sabah parlament seşkiləri gəlirsə, Borçalı türkləri bu siyasi prossesin içinə girməlidir, orada iştirak etməlidir. İçində olmalıdır və o gürcü elitası ilə Gürcüstanın qorunması, iki dövlətin münasibətinin düzəlməsi, o cümlədən, Türkiyə-Gürcüstan-Azərbaycan strateji mütəffiqliyini gələcəkdə hərbi ittifaqa çevrilməsi üçün Borçalı türkləri böyük bir qüvvədir. Və bunu sən çəkəsən o yana, bu yana qoymayasan yığılsın,demokratiyaya öyrənsin. O, Azərbaycan milli maraqlarına çox ağır bir zərbədir. Mən çox qürurla deyə bilərim ki, dünyanın bir çox yerlərindən insanlımız gələcək. Türkiyədən, Ədirnədən,Adanadan, Ankaradan, İzmirdən,Qarsdan çox sayılıb seçilən sənətçilər gələcək. Yəni, bu yeni bir mərhələdir. Bu gürcüləri inandırırq ki, türkərin Gürcüstana gəlməsi həm də mahiyyətcə təhlükəsizlik təması deməkdir. Gürcüstan mədəniyyətini-türklərin mədəniyyətinin tanınmasında Azərbaycaan dəstək verməlidir. Və buna Azərbaycan kasıb deyil, bu cür tədbirlərə sahiblik etməlidir. Bu cür tədbirlərə sahiblənməmək milli maraqlara həqarətlə yanaşmaqdır. Mən elə deyərləndirərdim.Bu tədbiri zəngin bir şirkət maliyələndirmək istəmir və acıya-acıya madiyyatının olmadığı deyir. Məhz ele bu cür acıya-acıya acıda-acıda Qərbimizi Dərbəndimizi itirdik.Və Guney Azərbaycana sahiblənə bilmirik. Borçalıya, Borçalı soydaşlarımıza dəstək olmalıdır. Üstündən xətt çəkməklə nida qoymalı deyil. Qətiyyətlə bəyan edirəm, Borçalı cəmiyyəti Gürcüstan unitarlığından başqa heç nə istəmir. Azərbaycanla mənən bütövləşmək lazımdır. Gürcüstan və Azərbaycan elə bir kövrək nöqtədir ki, əgər biz burada onların arasına girəcək üçüncü bir qüvvəyə şərait yaratsaq və münasibətləri pozacaq bir mühit yaratsaq, mən deyirəm, Qafqazın çöküşü olacaq. Bəlkə də, deyərdim demokratiyanın çöküşü olar.

-Bəs Dövlət komitəsi vəsait ayırıb?

- Dövlət komitəsi 3 mln. vəsait ayırılıb. Mən hələlik 10 gündən,yox artıq bir aydır ki, komitənin nə işlə məşğul olduğunu bilmirəm. Hələ ki,ancaq elat mədəniyyətinə qarşı biganəlik görürəm.

-Müraciətiniz olubmu?

-Əlbəttə.

- Cavabları nə olub?

-Mən Xaricdə yaşayan Azərbaycanlılara İş üzrə Dövlət Komitəsinə  müraciət etmişəm, daha sonra Mədəniyyət Nazirliyinə müraciət etmişəm,ən azından mədəni bir tədbirdir,dövlət başçısına müraciət etmişəm. Bir neçə digər qurumlar var, hökumətə müraciət etmişəm-Azərbaycan hökümətinə. Və bu cür tədbirlərə qarşı məmurlarımızın biganəliyindən dövlət başçısına şikayətim olub. Bu cür yanaşmaq olmaz, bu cür davranış olmaz. Gürcüstan və Azərbaycanda bir sıra qurumlarla əlaqə saxlamışıq, sivil yazışmalar aparmışıq. Güman edirəm ki, Azərbaycanın Gürcüstandakı səfirliyi hər il olduğu kimi, hətta ən son anda əl qoyduğu kimi bu ildə bizə yardım edəcək. Bir sıra dostlarımız var ki, inşallah onların köməkliyi ilə  tədbirimiz yüksək səviyyədə keçəçək. Tədbirimiz aşağı səviyyədə keçsə, Zəlimxana şəxsiyyətinə heç bir söz gəlməyəcək, Azərbaycana gələcək o söz.

--Bəs o cür bir tədbirin keçirilməsində,yəni gözlədiyimiz o pik səviyyədə olması üçün nə qədər maliyyə vəsaiti ayrılmalıdır?

-Açığını deyim, bunu mənə bir dəfə bir məmur sual verdi. Dedi nə qədər pul xərcləyirsiz? Dedim sizcə nə qədər? Siz təcrübəlisiz. Deyir jurnalistlər deyir ki, bir 10 minə yaxın adam olub, 10 mini 100-150 manata vurmaq lazımdır. Dedim yox,bizim hesabatda adamları saymırlar.Yən pul saymırlar,ruhu sayırlar. Və bizim əsas işimiz odur ki, insanlar ora ruhla, eşqlə gəlirlər. Ümumi götürdükdə, dağ yerində belə bir tədbirin keçirilməsi, bir çox yaxın adamlarımız təmannasız köməkliyi ilə 30 min manat, hardasa belə. Əslində bu böyük bir şey deyil,balaca bir maşındır.

- Əgər komitə bu səviyyədə bir tədbirə 30 min ayıra bilmirsə onda ...

-Yəni, bir var qıraqdan deyərlər ki,bəlkə 500 min, dövlət 1 mln. da ayıra bilər bu cür tədbirə. 2 günlük,3 günlük daha mühtəşəm bir proqram etmək olar. Bu tədbirimizə hər il olduğu kimi dövlət başçılarımızı da dəvət etmişik. İldə bir dəfə yalağa çıxsınlar, gözəl bulaqlardan su içsinlər,rəsmi dartışmalardan uzaq olsunlar.SSRİ miqayında ən böyük olan layihələrdən biri bəlkə də bu bizim tədbirimiz olacaq.

-Keçən il bildiyimiz kimi,tədbir zamanı xoşa gəlməz hadisə baş vermişdir. Bəs bu il bu hadisələrin qarşısını almaq üçün hər hansı bir tədbirlər, təhlükəsizlik qaydaları həyata keçiriləcəkmi?

-Təbii ki, Gürcüstanın mühafizə orqanları,polislər,qurbernator, onun strukturları,idarə və orqanlarına müraciət edirik. Əsas 3 qurumdur ki,onlar təhlükəsizlik işləri məçğul olacaqlar. Bunların işidi, vəzifələridir. İctimaiyyətdir və biz maksimum dərəcədə ehtiyyatlı olmaq istəyərdik.

-İstər televiziyalarda, istərsə də qəzetlərdə bu günlə bağlı ciddi təbliğat yoxdur. Bu haqda nə deyə bilərsiniz?

-Bizim mətbuat konsfransımız iki telekanalda göstərildi. Televiziyanın gücü tamam ayrıdır və mən bu günlə bağlı televiziyalara müraciət etmişəm. Elat qabağı gözəl tədbirlər hazırlamaq olar, insanlarımızı məlumatlandırmaq olar. Lakin nəsə qoymur, amma nəyin qoymadığını bilmirəm. Bir neçə türk televiziyası gələcək. Bəzi özünü demokrat adlandıran şəxslər qapılarını üzümüzə bağlayıblar.Allah işlərini avand etsin. Eqoist düşüncələrlə qabağa getmək olmaz.Azərbaycanda orta təbəqənin olmaması, azad düşüncəli iş adamlarınnı olmaması acı həqiqətdir. Bu dəqiqə dövlət adamları bu iş qol qoymur. Lakin üfunət iyi gələn işlərə 50 min manat xərcləyə bilirlər.

-Bəs biz “Vətəninfo.az” olaraq nə köməklik edə bilərik?

-İlk olaraq demək istəyirəm ki, xəbər portalınız xeyirli olsun. Milli tədbirlərdə tez-tez yer almanızı arzulayıram. Sizin bu tədbirə belə isti bunasibət göstərməniz bizi sevindirir. Diqqətinizə görə çox sağ olun.

Nahid Canbaxışlı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az