Son günlərdə havaların isti və quraq keçməsi, eyni zamanda ölkədə ot və taxıl biçininin başlaması ilə əlaqədar olaraq yanğın hadisələri artıb. Demək olar ki, gündə respublikanın müxtəlif bölgələrində taxıl və ot sahələrində, vətəndaşlara məxsus həyətlərdə, ot saxlanılan yerlərdə bir neçə yanğın hadisələri baş verir. Bu yanğınların baş verməsinə əsas səbəblərdən biri isə vətəndaşların laqeyidliyi və yaxud yanğın təhlükəsizliyinə düzgün riayət etməməsidir. Ot və taxil sahələrində yanğıln hadisələri baş versə də hələ ki, cari ildə meşələrdə yanğın hadisələri baş verməsə də, ancaq belə yanğın hadisələrindən sığortalanmayıb və belə halların baş vermə risqi çoxdur. Çünki meşə zolağına sərhəd ərazilərdəki taxıl və əkin sahəlirində baş verən yanğınların meşə zolağına keçməsi ehtimalını artırır. Bundan əlavə olaraq isti yay günlərində vətəndaşlar sərinləşmək və istirahət etməyə üstünlük verdikləri yerlərdən biri də məhz meşələrdir. Vətəndaşlar meşə zolağında istirahət etməsi və orada pikniklər zamanı, yemək bişirərkən yanğın təhlükəsizliyinə düzgün riayət etməməsi nəticəsində yanğın hadisələri baş verir. Bəs görəsən meşə zolaqlarında yanğın hadisələrinin qarşısının alınması və bu istiqamətdə Ekologiya və təbii sərvətlər nazirliyi hansı işləri görür.
Ekologiya və təbii sərvətlər nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Moderator.az-a açıqlamasında bildirdi ki, nazirlik tərəfindən meşələrin və meşə fonduna yaxın sərhəd ərazilərdə yanğının qarşısının alınması məqsədilə qabaqlayıcı proflaktik tədbirlər həyata keçirilir: “Qeyd edək ki, son zamanlar havaların isti və quraq keçməsi, habelə taxıl biçini ilə əlaqədar olaraq meşələr və meşə fondu ilə həmsərhəd ərazilərdə yanğınların baş vermə ehtimalının artması halını nəzərə alaraq nazilrik tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir və bu proses davam edəcək. Belə ki,ETSN Fövqəladə hallar nazirliyi ilə birgə tədbirlər planı tərtib edib və bu tədbirlər planına uyğun olaraq meşə müfahizə mühəndisələri, meşə qoruqçuları, meşəbəyilər, yanğın keşikçiləri üçün təlim məşqləri keçirilib. Bununla belə yanğın təhlükəsi ehtimalı çox olan ərazilərdə 658 km uzunluğunda yanağın əleyhinə mineral zolaqlar çəkilib. Və əvvəlki illərdə çəkilmiş 563 km köhnə zolaqlar isə təmir edilib. Həmçinin meşə yanğınlarına qarşı 79 ha. sahədə budama işləri aparılıb. Bundan əlavə meşə mühafizəsi və bərpa müəssisələri texniki avadanlıqlarla təmin olunub, növbətçiliklər təşkil edilib.”
İ. İbrahimova onu da əlavə etdi ki, ETSN qanunvericiliyə uyğun olaraq fermer və torpaq mülkiyətçiləri ilə görüşərək onlar arasında izahat işi aparılıb, həmçinin ərazilərdə maarifləndirci lövhələr yerləşdirilib.
Nazirlik təmsilçisi bir daha vətəndaşlara xəbərdarlıq edərək, havaların isti keçməsi ilə əlaqədar olaraq vətəndaşlar təbiətdə olarakən ordla ehtiyalı olmağı və yanğın təhükəsizliyi qaydalarına riayət etməyə çağırdı: “İsti yay günlərində insanlar istirahət üçün daha çox meşələr üz tuturlar, onlar orada istirahət edərkən odla ehtiyalı olmalı və yanğınların baş verməməsi üçün yanğın təhlükəsizliyinə riayət etsinlər. Bununla belə nazirlik tərəfindən bu istiqamətdə də proflaktik tədbirlər görülür və meşə zolaqlarına bununla bağlı maarifləndirici lövhələr yerləşdirilib və əhali arasında təbliğat işləri aparılır.”