Müğənni Nadir Qafarzadə solo konsertinə həmkarlarını çağırmayıb.
Axşam.az-ın məlumatına görə, sənətçi bu barədə “Xəzər” telekanalında yayımlanan “Star life” verilişinə açıqlamasında bildirib:
“Konsertdə heç bir müğənnini görmək istəmirəm. Heç yollarını da gözləməyəcəm. Təkcə Ayanı və rəqqasə Fatiməni dəvət etmişəm. Yerdə qalanlar ikiüzlüdür. Konsertə gəlib ağız əyməyə başlayacaqlar. Əgər mən səhnədən belə bir şey görsəm, düşüb mikrafonu başlarına çırpacam”.
Nadir həmçinin deyib ki, gələcəkdə pulsuz konsert vermək istəyir:
“Bu, mənim çoxdankı planımdır. Əgər fikrimi başqaları oğurlamasa, gələcəkdə bunu reallaşdıracam”.
Müğənni bir çox həmkarının “Maral” mahnısını ifa etmək üçün ondan icazə almamasından şikayətlənib:
“Bu mahnını Azərbaycana mən gətirdim. Oxumaq üçün izn istəməliydilər. Təkcə Mətanət İsgəndərli bunu edib, vəssalam. Buna görə əsəbiləşmirəm. Qoy gedib "Maral"la milyon qazansınlar, təki gözləri məndən çəkilsin”.
Xatırladaq ki, sənətçinin konserti sentyabrın 13-də “Yaşıl Teatr”da baş tutacaq.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür