Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Zaqatala, Şamaxı və Qobustan rayonlarının bir neçə iri kəndlərinin məscidlərində formalaşan dini icmaları özbaşınalıqda, qanunsuz fəaliyyətdə və başqa dairələrə xidmətdə etməkdə ittiham edib. Şeyxülislam Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qarşısında həmin icmaların fəaliyyətinin dayandırılması barədə məsələ qaldırıb. Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, bunu A. Paşazadə QMİ-də keçirilən tədbirdə bildirib və tədbirdə iştirak edən komitə sədri Mübariz Qurbanlıya müraciət edib.
A. Paşazadə qeyd edib ki, Zaqatalanın Uzuntala kəndi başda olmaqla 4 kəndində, Şamaxının 1 və Qobustanın 1 kəndində yerləşən məscidlərdəki dini icmalar qanunsuz fəaliyyət göstərir, qeydiyyatdan keçməyiblər və QMİ ilə heç bir əməkdaşlıq etmirlər: “Bizə bildirirlər ki, başqa yerə tabedirlər. Əgər sən bu ölkədə yaşayırsansa, necə başqa yerə tabe ola bilərsən?! Onların fəaliyyəti nə Azərbaycan qanunlarına, nə də dini normalara uyğundur. Ona görə də biz Dövlət Komitəsi qarşısında bu icmaların fəaliyyətinin dərhal dayandırılması məsələsini qaldırırıq”.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?