"Polis şöbəsində olmuşam, danmıram”

"Polis şöbəsində olmuşam, danmıram”

Zemfira Əlişqızı: “Məsumə Əliyeva ilə bərabər"

Son günlər gündəmin və sosial şəbəkələrin əsas mövzusu olan qısqanc müğənni Məsumə Əliyevanın alfons sevgilisini qətlə yetirməsi oldu. Biz Vətəninfo.az olaraq oxucularımıza söz vermişdik ki, məsələnin qaranlıq tərəflərini açacağıq. Qeyd edək ki, yazının müəllifi və fotomüxbirimiz Araz Hacıyev 2 gün müğənninin Buzavnadakı evinin qarşısında saatlarda dayanaraq onun evə nə zaman gələcəyini və avtomobilindən düşdüyü an görüntülərini lentə almağa cəhd etdi. Ancaq müğənnini nə biz gördük, nə də qonşuları. Qonşularla əlaqə saxlayanda dedilər ki, “ay qardaş, bizi bu işlərə qatmayın, biz o xanımı 2 gündü görmürük”. Kor-peşiman geri qayıdırdıq ki, xəbər gəldi ki, müğənni şairə Zemfira Əlişqızı ilə birgə polis şöbəsindədir.

Məqamdan istifadə edib Zemfira xanımla əlaqə saxladıq. Şairənin dedikləri: “Bəli, hadisədən öncə Məsumə xanımın son zəng etdiyi insan mən olduğuma görə polis şöbəsinə çağırılmışam. Müğənni mənim sözlərimə mahnılar oxuyub, gözəl münasibətimiz var. Ona görə də onun bu dəqiqələrində ona dəstək olmalıyam. Bir də, ay qardaş, anamı itirmişəm, öz problemlərim mənə bəsdi. Məni bu suallarla yükləməyin. Hadisəni kim törədib, onunla əlaqə saxlayın”. Beləcə, şairə əsəbi halda dəstəyi atdı. Dəstəyin asılmasına alışmışam deyə, bunu adi hal kimi qəbul etdim. Müğənnini nə qədər yığsam da, dəstəyi qaldırmadı. Müğənninin ailə üzvləri ilə əlaqə saxlamaq istədik. “Məsumə xanımı telefona olarmı?” demişdim ki, telefonun dəstəyi yerə atıldı. Hətta müxbirimizə bu yazı ilə bağlı müğənninin tanışları tərəfindən hədə-qorxu dolu zənglər də daxil olur. Belə getsə, müxbirimiz hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalacaq. Dördüncü hakimiyyətin gücü danılmazdır. Bunu unutmayın, Məsumə xanım. Gec-tez sizi tapacağıq.

Mövzuya qayıdacağıq.

Alim Nəbioğlu



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az