Azerisport.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutacaq.
Turun açılış matçında “Turan” Tovuzda “Qəbələ”ni qəbul edəcək. Çempionatın şərikli liderlərindən olan “Simurq” doğma meydanda “Rəvan”la münasibətlərinə aydınlıq gətirməlidir. Bu mövsümün uğursuzları “Sumqayıt”la “Kəpəz” Bakıda üz-üzə gələcəklər. İlk oyun gününün ən prinsipial görüşü “Qarabağ”la “Xəzər Lənkəran” arasında keçiriləcək.
Azərbaycan Premyer Liqası
18-ci tur
20 dekabr (cümə axşamı)
14:00. TURAN – QƏBƏLƏ
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Azər Əsgərov, Ramiz Məhərrəmov.
Tovuz. Şəhər stadionu.
15:00. SİMURQ – RƏVAN
Hakimlər: Elvin Əsgərov, Zeynal Zeynalov, İsgəndər Əliyev, Orxan Məmmədov.
Zaqatala. Şəhər stadionu.
16:00. SUMQAYIT – KƏPƏZ
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ömər Paşayev.
Bakı. Bayıl Arena.
16:00. QARABAĞ – XƏZƏR LƏNKƏRAN
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev.
Bakı. T.Bəhramov adına Respublika stadionu.
Turun qalan oyunları dekabrın 22-də keçiriləcək: İnter – Bakı, Neftçi – AZAL.
Turnir cədvəli:
1 İnter 16 8 6 2 17 6 +11 30
2 Simurq 17 8 6 3 20 11 +9 30
3 Qarabağ 17 7 7 3 22 16 +6 28
4 Neftçi 15 8 1 6 30 18 +12 25
5 Qəbələ 17 7 4 6 19 18 +1 25
6 XL 17 6 6 5 24 17 +7 24
7 AZAL 16 5 7 4 19 15 +4 22
8 Turan 16 5 5 6 19 20 –1 20
9 Bakı 16 3 10 3 15 12 +3 19
10 Sumqayıt 17 4 5 8 15 31 –16 17
11 Rəvan 17 4 4 9 16 28 –12 16
12 Kəpəz 17 2 3 12 10 34 –24 9
Bombardirlər:
14 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan)
6 - Zohair Benuahi (AZAL), Riçard Almeyda (Qarabağ), Xuan Manuel Varea (Rəvan).