Azərbaycanda "Whatsapp" əlavəsinin səsli zəng xidməti məhdudlaşdırıldıqdan sonra, bu gündən etibarən səs, mətn və videogörüntünü təmin edən "Skype" internet proqramının da fəaliyyətində ciddi problemlər yaranmağa başlayıb.
Vətəninfo.az-ın məlumatına görə, "Report"a internet istifadəçiləri tərəfindən daxil olan çoxsaylı şikayətlər əsasında məlum olub ki, "Skype" əlavəsinə giriş etmək fərdi kompyuter və mobil qurğular vasitəsi ilə "login"-daxilolmanı həyata keçirmək mümkün deyil. Yəni, istifadəçi "login" yerinə ad və şifrəni daxil edərkən proqram əvvəlki kimi açılmır.
Həmçinin, günün əvvəlindən açıq olan əlavə (artıq "Skype"da olan istifadəçilər) vasitəsilə mətn, şəkillərin göndərilməsi də əsasən mümkün deyil. İstifadəçilər qeyd edirlər ki, ancaq VPN və "Proxy" proqramları vasitəsilə "Skype"dan maneəsiz istifadə etmək mümkündür.
Maraqlıdır ki, bu problem günorta saatlarından Azərbaycandakı əksər internet provayderlərinin şəbəkəsində müşahidə olunur. Həmçinin, bildirlir ki, proqrama daxilolmanı uğurla həyata keçibsə, sonrakı mərhələdə - proqramın işində problem əsasən yaranmıq. Lakin veb-brauzer vasitəsi ilə login.skype.com səhifəsinə daxil olmaq mümkünsüzdür və bu, proqramın istifadəsinin məhdudlaşdırıldığını göstərir.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ