Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu orta məktəblərin tarix dərsliklərində təqdim olunan bəzi mövzuların yenidən işlənməsi üçün tədqiqatlara başlayıb. Vətəninfo.az-ın məlumatına görə, bu barədə Trend-ə institutun direktoru Yaqub Mahmudov deyib.
Dərsliklərdəki bəzi mövzuların yenidən işlənməsini zəruri sayan Y.Mahmudov Trend-ə bildirib ki, tarix dərsliklərində Azərbaycan tarixi ilə bağlı məlumatlar lazımınca işıqlandırılıb. Amma dərsliklərdə başqa ölkələrin tarixi olduğu kimi təqdim edilməyib:
“Biz Çar Rusiyasının, ABŞ-ın, Fransanın siyasəti ilə bağlı məsələlərə yenidən baxmalıyıq. Yəni Azərbaycana basqı mövqeyindən yazılmış materialları yenidən işləyərək dərsliklərdəki paraqrafları, fəsilləri dəyişib yeni şəkildə təqdim etməliyik. Çünki o ölkələrin əksəriyyəti Azərbaycana sərvət dalınca, buraya möhkəmlənməyə, işğal etməyə gəlib. Ölkələrin bu siyasətləri isə dərsliklərdə düzgün verilməyib”.
Artıq yeni dərsliklər üzərində iş aparmağa başladıqlarını deyən Y.Mahmudov bu nöqsanların yaxın illərdə aradan qaldırılacağını söyləyib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?