"Vorzakon"lar Bakıya “1001 gecə”dəki qətlin “razborka”sına gəliblər

"Vorzakon"lar Bakıya “1001 gecə”dəki qətlin “razborka”sına gəliblər

Moskva və Gürcüstandan gələn avtoritetlər “1001 gecə”dəki qətlin “razborka”sına hazırlaşır

“1001 gecə” İstirahət Mərkəzində baş verən qanlı olayla bağlı müzakirələr, istintaq davam edir. İyulun 17-də adıçəkilən istirahət mərkəzində Rəşad Mirələmov Ramal Bayramov adlı şəxsi güllələyib. Hazırda hüquq mühafizə orqanları bu cinayətin istintaqını aparır.

Xatırladaq ki, Rəşad Mirələmov deputat Hüseynbala Mirələmovun qardaşı oğludur.

Artıq bəzi qəzetlər Hüseynbala Mirələmovun bu olayla bağlı baş prokuror Zakir Qaralovla görüşməyə cəhd göstərdiyini də iddia edib.
Digər iddialardan biri isə ondan ibarətdir ki, H. Mirələmovun polis orqanlarında çalışan oğlu da qətl törədilən zaman “1001 gecə”də olub. İddia olunur ki, o, bu hadisənin qarşısını almayıb və əslində bu işdə tərəf kimi çıxış edib. Daxili işlər naziri Ramil Usubovun göstərişi ilə bu məsələnin araşdırıldığı və deputatın oğlunun polis orqanlarından uzaqlaşdırıldığı da bildirilir.

Dünən bu söz-söhbətlərin nə dərəcədə əsaslı olub-olmadığını aydınlaşdırmaq üçün H. Mirələmova zəng etsək də, deputatla əlaqə yarada bilmədik.

Onu da əlavə edək ki, “1001 gecə”də baş verən qətlin və ya “razborkanın” cinayət aləmi ilə bilavasitə bağlı olmasına dair artıq neçə müddətdir mətbuatda xəbərlər yayılır. Hadisənin oğru dünyasında xüsusi söz sahibi sayılan Rövşən Lənkəranski ilə əlaqəli olduğu da xüsusi vurğulanır.

Bu arada Rəşad Mirələmovun vəkili Kamandar Nəsibov mətbuata açıqlamasında müdafiə etdiyi şəxsin cinayətkar aləmlə bağlılığını təkzib edib. Deyib ki, hüquqlarını müdafiə etdiyi şəxslə yanaşı, faktla bağlı daha 3 nəfər - Elmar Süleymanov, Elnur Qasımov və əlindən təsadüf nəticəsində yaralanan Səməd Mənsimov saxlanılıb. Bu 3 nəfər həmin gecə mərhum Ramal Bayramovla birlikdə olublar. Onlarla bərabər Elman adlı şəxs də olub. Hazırda həmin şəxs axtarışdadır. Qeyd edək ki, Elman adlı şəxs Rövşən Lənkəranskiyə məxsus “Neon” restoranını idarə edir. Və istintaq nəticəsində məlum olub ki, Rəşad Mirələmovdan başqa, adı çəkilən şəxslər kriminal avtoritet Caniyevin adamlarıdır.

Vəkil əlavə edib ki, hər şey narkotik satışı ilə məşğul olan Firdovsi Bağırov adlı şəxsdən başlayıb. “O, Lənkəran şəhərində narkotiklərin satışı ilə məşğul olub və Rəşad Mirələmov ona dəfələrlə xəbərdarlıq edib ki, bu işi dayandırmasa onu cəzalandıracaq. Firdovsi ona R.Bayramova da şikayət edəcəyini bildirib. Bax elə burdan da Ramalla Rəşad arasında konflikt yaranıb”, - deyə vəkil bildirib.

Bundan sonra R. Bayramov Mirələmova zəng etməyə və onu öldürməklə hədələməyə başlayıb. O, dəfələrlə Mirələmova görüş yeri təyin edib. Mirələmov onunla görüşdən qaça bilməyəcəyini anlayanda, Ramalla “1001 gecə” restoranında görüşməyə qərar verir. Görüş zamanı Bayramov özü birinci hücum edib, döyməyə başlayıb, sonra ölümcül xəsarət yetirmək məqsədilə cibindən bıçaq çıxarıb. Bu zaman yerə sərilən R. Mirələmov odlu silahı göturərək, yaxın məsafədə olan Bayramovun döş qəfəsinə atəş açıb.
“Gündəlik Teleqraf” isə bu hadisə və onun görünməyən tərəfləri haqqında ciddi informasiyalar əldə edə bilib. Bildirildiyinə görə, bu qətl hadisəsi oğru dünyası ilə birbaşa əlaqəlidir. Belə ki, cinayət hadisəsinə səbəb kimi kriminal aləmdə söz və nüfuz sahibi olan Rövşən Lənkəranski ilə “Qoca” ləqəbli kriminal avtoritet arasında yaranan problemlər göstərilir. Adı çəkilənlər hazırda Rusiyadadırlar. Mənbəmiz iddia edib ki, hər iki azərbaycanlı avtoritet Moskvada bəzi obyektlər uğrunda çarpışır və heç cür bölüşə bilmirlər. Onlara yaxın olan şəxslər isə Bakıda bu razborkanın davamını aparırlar. Başqa sözlə desək, “1001 gecə”də baş verən qətl Moskvada iki azərbaycanlı avtoritetin bir-biri ilə yola getməməsinin və obyektləri bölüşə bilməməsinin məntiqi nəticəsidir.

Digər maraqlı məsələ qətllə bağlı gözlənilən razborka haqqındadır. Bu haqda əməkdaşımıza məlumat verən mənbə qeyd edib ki, bu hadisə oğru dünyasında ciddi səs-küy yaradıb və məsələ masaya oturdulub. Bu məqsədlə qərara alınıb ki, vəziyyət təfsilatı ilə öyrənilsin.

Mənbə iddia edib ki, bu məqsədlə yaxın günlərdə Bakıya oğru dünyasının tanınmış bir neçə simasının gələcəyi gözlənilir. Bakıya əsasən Moskvadan və Gürcüstanda olan bir neçə avtoritetin gələcəyi iddia edilib. Mənbə əlavə edib ki, bu haqda Azərbaycan hüquq mühafizə orqanlarında ciddi məlumatlar var və onlar bunun qarşısını almaq üçün tutarlı tədbirlər görüblər. Xəbərə görə, oğru dünyası bu məsələni avqustun 11-12-də müzakirə etməyə qərar verib. Kriminal avtoritetlərin də bu tarixdə Bakıya gələcəyi ehtimal edilir. Mənbə deyib ki, kriminal aləmdə Lotu Quli kimi tanınan şəxsin 8 saylı cəzaçəkmə müəssisəsində karserə salınması da bu olaylarla bilavasitə bağlıdır. Çünki aidiyyəti qurumlar kriminal şəxslərin bir-biri ilə ünsiyyətinin qarşısını alır və onların bir yerə toparlanmasına imkan vermək istəmir.

Gündəlik Teleqra



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az