Ramil Usubov polkovniki rəis postundan uzaqlaşdırdı

Ramil Usubov polkovniki rəis postundan uzaqlaşdırdı
Daxili işlər naziri Ramil Usubov kadr dəyişikliyi edib.

Miq.az  BakiPost.az-a istinadən xəbər verir ki, nazirin əmriylə Abşeron rayonu, Mehdiabad Polis Bölməsinin rəisi, polkovnik Məhəmməd İsmayılov tutduğu vəzifədən azad edilib. Onun yerinə polkovnik leytenant Hatəm Hacıyev təyin edilib.

Məlumata görə, H.Hacıyev əvvəllər Suraxanı rayonu mühafizə polisinin rəisi olub.

Rəis postundan azad edilən M.İsmayılovun Nəqliyyatda Baş Polis İdarəsində rəis müavini vəzifəsinə təyin edildiyi bildirilir.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az