Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyunda Eyyub Yaqubov oxuyub?

Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyunda Eyyub Yaqubov oxuyub?

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər yayılıb.

Sosial şəbəkələrdə yayılan kadrlardan çıxış edərək, həmin toyda müğənni Eyyub Yaqubovun da iştirak etdiyi iddia olunur.

Unikal.org Eyyub Yaqubovla əlaqə saxlamağa çalışsa da, məsələyə müğənninin köməkçisi aydınlıq gətirib.

"Hazırda özüm də Eyyub bəyi tapa bilmirəm. Amma biz həmin toyda iştirak etməmişik, orada Eyyub bəyin səsindən fonoqram veriblər, yəqin, həmin mahnını DJ qoyub”, – deyə Eyyub Yaqubovun köməkçisi açıqlamasında bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az