Rauf Talışinski vəfat etdi

Rauf Talışinski vəfat etdi

Azərbaycanda nəşr olunan rusdilli "Exo" qəzetinin baş redaktoru Rauf Talışinski vəfat edib.

Miq.Az xəbər verir ki, bu barədə "Exo" qəzetinin işçiləri sosial şəbəkədə bildiriblər.

R.Talışinski Azərbaycan jurnalistikasının tanınmış simalarından biri idi.

Rauf Talışinski 1956-cı ildə anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmən fakültədə aspirantura təhsili alıb. O, filologiya elmləri üzrə fəlsəfə doktorudur. O, "Molodej Azerbaydjana (1978-1981), "Vışka” qəzetlərində çalışıb. 1981-1989-cu illərdə "İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri, 1990-cı ildən "Zerkalo” qəzetinin baş redaktoru olub. 2001-ci ildən isə Rauf Talışinski "Exo” qəzetinin baş redaktoru postunda çalışıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az