Reanimasiyaya yerləşdirilən nazirimiz Türkiyəyə aparıldı
Onun ürəyinə stendlər yerləşdirilib
Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyev bu gecə Türkiyəyə aparılıb. Onu xüsusi həkim briqadası müşayiət edib.
Məlumata görə, o artıq həkim müayinəsindən keçib, lakin dəqiq cavab hələ açıqlanmayıb.
Miq.Az xatırladır ki, Energetika naziri Natiq Əliyevin səhhətində problem yaranıb. N. Əliyevin ürəyində problemlər yaranıb və Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilib.
Dünən energetika naziri Natiq Əliyevin vəziyyəti ağır-stabil olub. APA bildirib ki, xəstəxanadan N. Əliyev xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olduğu deyilib.
Dünən N. Əliyev reanimasiya şöbəsinə yerləşdirilib, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılıb və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılib.
Natiq Əliyev 2013-cü ildənAzərbaycan Respublikasının energetika naziridir. O, 2005-2013-cü illərdə sənaye və energetika naziri, 1993-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti olub.
O, 1947-ci il noyabrın 23-də Bakı şəhərində anadan olub. 1965-ci ildə orta məktəbi, 1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu dağ mühəndis-geoloqu ixtisası üzrə bitirib.
Miq.Az