Rəqsanə qızının yol hərəkəti qaydalarını pozmasından danışdı

Rəqsanə qızının yol hərəkəti qaydalarını pozmasından danışdı

Ötən gün mətbuatda müğənni Rəqsanə İsmayılovanını qızı Aysunun fikirləri yer alıb.

Gün.Az xəbər verir ki, Aysun İsmayılova yol hərəkəti qaydalarını pozduğu halda, anasının adından istifadə edərək DYP əməkdaşları tərəfindən sərbəst buraxıldığını deyib.

A.İsmayılovanın bu açıqlaması birmənalı qarşılanmayıb. Məsələyə Rəqsanə İsmayılova qarışıb. O bildirib ki, Aysunun fikirlərinin bu qədər ictimailəşdirilməsindən narahatdır:

“Qızımın avtomobili və sürücülük vəsiqəsi yoxdur. Ona görə də, hələ ki maşın sürmür. Getdiyi yerlərə bacım oğlu aparır. Həmin vaxt ciddi xətalar törədilməyib, çünki sürücünün təcrübəsi olduğu üçün qızımı ona etibar edirəm. Yol polisi kiçik səhvlərə görə saxlayıb.

Bu zaman Aysun belə bir ifadə işlədib. Bu da hər dəfə baş vermir. Yol polisi bir sənətçi kimi məni də tanıyır. Mənim də efirə və ya tədbirə tələsdiyim vaxtlarda yol hərəkətini pozmuşam və protokol tərtib olunub, cəriməmi ödəmişəm. O demək deyil ki, mənə və ya qızıma hər dəfə güzəşt olunmalıdır.

Qanunlarımızı bilirik və buna tabeyik. Sadəcə, Aysun Azərbaycan xanımına göstərilən hörmətdən söz açıb. Güzəşti hər bir xanım üçün göstərilə bilər. Bu da mentalitetimizdən, zəif cinsin nümayəndəsi olmağımızdan irəli gəlir. Qanunu pozan şəxsi cəzalandırmaq isə səlahiyyətli şəxslərin işidir. Xahiş edirəm,  övladımın və mənim adımdan deyilən kiçik bir söz şişirdilib ictimailəşdirilməsin”.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov da məsələ ilə bağlı münasibət bildirib. O, ictimaiyyətin tanıdığı xanımlara yol hərəkəti qanunlarını pozduğu halda cəriməsiz, xəbərdarlıqla buraxıldığını bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az