Rəy sorğusunun rəsmi nəticələri açıqlandı
"İctimai Rəy” Araşdırmalar Mərkəzi 2017-ci ilin yekunlarına dair rəy sorğusu keçirib.
Müxtəlif nominasiyalar üzrə respondentlərə paylanılan 2033 anketdən 38-ı qaytarılmayıb, 17-i isə etibarsız sayılıb. Sorğuda iştirak edənlərin 14%-ni iş adamları, 20%-ni tələbələr, 11%-ni fəhlələr, 6%-ni məmurlar, 49%-ni isə müxtəlif peşə sahibləri təşkil edib. Respondentlərin 53%-i kişilər, 47%-i isə qadınlar olub. 61%-i partiya üzvləri, 39%-i bitərəflər təşkil edən sorğuda 9% orta, 33% natamam ali, 58% ali təhsillilər iştirak edib. Beləliklə, 1978 sorğu anketinin nəticələri aşağıdakı kimi olub.
İlin dövlət adamı – Prezident İlham Əliyev,
ilin məmuru – Dövlət Statistika Komitəsinin sədrı Tahir Budaqov,
ilin elm xadimi akademik -Xoşbəxt Yusifzadə
ilin millət vəkilləri –Çingiz Qənizadə, Malik Həsənov,
ilin əyalət məmurları Saatlı rayon icra hakimiyyətinin başsısı Siraqəddin Cabbarov, Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov
və "Zəhmət –Ruzi "MMC (Sabir Behbudov) ilin brendi nominasiyasına layiq gorülüb.
Miq.Az