Ronaldoya "Qurani Kərim" hədiyyə edildi (FOTO)

Ronaldoya "Qurani Kərim" hədiyyə edildi (FOTO)

Səudiyyə Ərəbistanının qabaqcıl telekommunikasiya şirkətlərindən biri “Real”ın futbolçusu Ronaldoya qızıl suyuna çəkilmiş müqəddəs “Qurani Kərim” hədiyyə edib.

Qol.Az məlumatına görə, bu, Ronaldonun şirkətlə iş birliyinə girərək reklama çəkilməsindən sonra baş verib. Ronaldo bu xüsusi hədiyyəyə görə təşəkkür edib və bildirib: "Bunu evimin ən özəl yerində saxlayacağam”.

Qeyd edək ki, portuqaliyalı futbolçu müsəlmanlara rəğbəti ilə seçilir. Belə ki, o, 2011-ci ildə qazandığı “Qızıl buts” mükafatını satışa çıxararaq gələn 1.5 milyon avro gəliri Fələstinin Qəzza bölgəsindəki ehtiyacı olan uşaqlara hədiyyə edib.  



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az