“Royal Dutch Shell” Arktikadakı neft axtarışlarını dayandırıb

“Royal Dutch Shell” Arktikadakı neft axtarışlarını dayandırıb

Dünyanın ən böyük enerji şirkətlərindən biri olan "Royal Dutch Shell” Arktikadakı neft axtarışlarını dayandırıb.

Bu barədə "Royal Dutch Shell”dən edilən şərhdə deyilir. Bildirilir ki, şirkət ABŞ-ın Alyaska ştatının sahillərində davam etdirdiyi neft və təbii qaz axtarış üzrə fəaliyyətini qazılan quyuda kifayət həcmin olmaması və xərclərin çoxluğu ilə əlaqədar dayandırıb.

"Shell”in Amerika axtarış və istehsal fəaliyyətləri direktoru Marvin Odum deyib ki, axtarışlar uğursuzluqla nəticələndi. Ancaq "Shell” bu bölgənin potensial əhəmiyyətini fərqindədir və həmin bölgə Alyaska ilə ABŞ üçün strateji əhəmiyyətə malikdir.

Xatırladaq ki, ABŞ-ın Prezident Administrasiyası avqustun 17-də "Shell”ə Arktikada neft və qaz axtarışı ilə əlaqədar qazma işləri həyata keçirməyə icazə vermişdi. ABŞ Prezidenti Barak Obama da avqust 29-da bu qərarı dəstəklədiyini açıqlamış və bölgədəki ehtiyatların ABŞ-ın neft və qaza asılılığı üçün əhəmiyyətli olduğunu söyləmişdi.

AZƏRTAC



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az