Roza Zərgərlinin şok şəkilləri üzə çıxdı

Roza Zərgərlinin şok şəkilləri üzə çıxdı

“Səs rejissorum dedi ki, üç yol var: soyun, gəl bu cür piar edək; həqiqi, və ya quraşdırma qalmaqal edək; ya da bir üslub seç, eyni janrda mahnılar oxu. Mən nə soyundum, nə qalmaqal elədim”. Bu sözlər müğənni Roza Zərgərliyə aiddir. Roza Zərgərli mahnıları ilə gündəmə gəldiyini iddia edir və birinici və ikinci yolları seçmədiyini deyir. Onu yeni tanıyanlar əlbəttə ki, “əhsən” deyirlər.

Çünki həqiqətən də Roza Zərgərli son illərdə qalmaqallardan kənar qaçıb, daha çox Abşeronun icra başçısı Zakir Fərəcovun qudasının internat məktəbində xeyriyyə konsertləri keçirməklə məşğuldur.  Roza Zərgərli bu xeyriyyə tədbirlərini “həyat yoldaşı”nın maliyyəsi hesabına gördüyünü bildirir. Baxmayaraq ki, icra başçısının qudası, internat məktəbinin direktoru Qətibə Əsədova “oğlumun canı sağ olsun” deyir. Bunu biz də başa düşmədik ki, Qətibə Əsədovanın oğlu ilə Roza Zərgərlinin həyat yoldaşı eyni adamdır, yoxsa yox… Nə isə… Keçək əsas məsələyə…

Roza Zərgərlinin müsahibəsini oxuduqda, xəyallara qapılırsan. Gözünün önünə rejissorunun “soyun ya da qalmaqal yarat” sözlərinə etiraz edən müğənni gəlir. Ancaq arxivi qarışdırdıqda, Roza xanımın heç də rejissorunun sözlərini rədd etmədiyi anlaşılır.

Sizə təqdim etdiyimiz şəkillər heç də kollaj deyil. Üzünü gizlətdiyimiz şəxsin kimliyi bizə bəlli olsa da, açıqlamırıq. Yalnız onu qeyd etmək istəyirik ki, bu şəkillər zamanında Roza Zərgərlinin özü tərəfindən mətbuata ötürülüb. Çünki o zaman Roza Zərgərli sponsor axtarmaq və tanınmaqla məşğul idi və bu şəkillər o zaman sensasiya sayılırdı.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

azerinfo.org



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az