Bu barədə prezidentin xüsusi köməkçisi Hüseyn Fridun jurnalistlərə açıqlama verib və prezidentin nazirə xəbərdarlıq etməsi xəbərini təsdiqləyib.
H.Fridun deyib ki, H.Ruhani M.Nemətzadəyə ölkə daxilində istehsal olunan avtomobilləri almağı qadağan edənləri "İran inqilabına zidd və xain” adlandırması ilə bağlı xəbərdarlıq edib və deyib ki, bizim hərəkətlərimiz tənqidçilərlə hörmət əsasında olmalıdır.
Qeyd edək ki, İran KİV-lərinin məlumatına görə, İranın sənət, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə bir neçə gün öncə sosial mediada "Ölkədə istehsal olunan avtomobilləri almayın!" kampaniyasını aparan şəxslər haqqında bildirmişdi ki, onlar İslam inqilabına zidd və xain şəxslərdir.
Nazirin bu sözləri ölkə ictimaiyyətində mənfi reaksiyalara səbə olmuşdu. Prezident Həsən Ruhaninin xəbərdarlığından sonra M.Nemətzadə televiziyada əhalidən üzr istəyib və deyib ki, avtomobil alıcılarına hörmətsizlik etmək istəməyib və heç vaxt deməyib ki, kim daxildə istehsal olunan avtomobil almasa, inqilaba ziddir.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ