Rus ordusunun hücum hazırlığı – Bu istiqamətdə hərəkətə keçə bilər

Rus ordusunun hücum hazırlığı – Bu istiqamətdə hərəkətə keçə bilər

Rusiya silahlı qüvvələrinin əlavə hissələri müharibədə iştirak etmək üçün Ukraynaya göndərilir.

Miq.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, çağırışçıların böyük əksəriyyəti Şərq Hərbi Dairəsinin hərbi hissələrinin və bölmələrinin daimi dislokasiya məntəqələrindən gətirilir ki, bu da əlavə hissələrin formalaşdırılması imkanlarının tükəndiyini göstərir.

Qeyd olunub ki, Ukraynanın cənubunun müvəqqəti işğal olunmuş ərazilərinə nəzarət etmək üçün rus ordusu hərbi-mülki administrasiyalar yaratmağa çalışır və Xerson vilayətində separatçı rejim qurmaq üçün "referendum”a hazırlaşır.

Polissiya istiqamətində Şərq Hərbi Dairəsinin bölmələrinin planlaşdırılmış yenidən qruplaşdırılması davam edir. Bu bölmələrin başqa ərazilərə göndəriləcəyi gözlənilir.

Düşmən şimal istiqamətində aktiv hərəkətə keçməyib. Amma rus ordusunun Çerniqov istiqamətində yenidən hücuma keçəcəyi ehtimal olunur.

Ruslar Slobozxanski istiqamətində şəhəri artilleriya atəşinə tutaraq Xarkovu ələ keçirməyə davam edir.

Donetsk istiqamətində rusların əsas səyləri Popasna, Rubijne yaşayış məntəqələrini nəzarətə götürmək, həmçinin Mariupol şəhərini tutmaqdır. Eyni zamanda, bundan əvvəl nəzarətdən çıxan Aleksandrovka istiqamətində hücum əməliyyatları keçirməyə çalışır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az