Rus qırıcıları türk əsgərlərini bombaladı: 3 şəhid

Rus qırıcıları türk əsgərlərini bombaladı: 3 şəhid

Bu gün Rusiya hərbi təyyarəsi Suriya ərazisində Türkiyə hərbi kontingentinin olduğu binaya zərbə endirib. 

Miq.Az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb. Açıqlamada bildirilir ki, hadisə saat 08:40-da baş verib. Rusiyaya məxsus hərbi təyyarənin türk əsgərlərinin qaldığı binanı bombalaması nəticəsində 3 əsgər həlak olub, 11-i yaralanıb. 

Hadisənin pilotun səhvi ucbatından baş verdiyi qeyd olunub: "Rusiya Federasiyasının səlahiyyətli şəxsləri olayın bir qəza olduğunu deyərək üzüntülərini və başsağlığı diləklərini çatdırdılar. Hər iki tərəf hadisə ilə bağlı araşdırma aparır. Bundan başqa, Rusiya prezidenti hörmətli Vadimir Putin prezidentimiz, hörmətli Rəcəb Tayyib Ərdoğana üzüntülərini çatdırıb və başsağlığı verib".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD-ə qarşı "Fərat qalxanı" adlı hərbi əməliyyat keçirir. Son iki gün ərzində Əl Bab qəsəbəsi uğrunda döyüşlərdə 10 türk hərbçisi həlak olub.APA/

Miq.Az









İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az