Rus rəsmisi Ukraynaya satılan "Bayraktar"dar haqda: "Daxili işidir"

Rus rəsmisi Ukraynaya satılan

Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabarov Türkiyənin Ukraynaya pilotsuz təyyarələr satmasının Ankara-Moskva münasibətlərinə təsir etməyəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, Vladimir Cabarov Ukrayna prezidenti Zelenskinin Türkiyə ilə "Bayraktar” dronlarının istehsalını artırmaq üçün müqavilə imzaladıqları barədə bəyanatından danışıb.

"Bunun Türkiyə ilə münasibətlərimizə təsir edəcəyini düşünmürəm. Türkiyə öz silahını satır, bu onun öz daxili işidir, bununla bağlı heç bir şikayətimiz yoxdur”, - deyə o bildirib.

Əlavə edib ki, Rusiya və Türkiyənin bir-biri ilə əlaqəsi var: "Türkiyədə atom elektrik stansiyası tikirik, S-400-ləri bu ölkəyə göndəririk, təbii qazımız Türkiyədən keçir. Ukraynaya gəlincə, bu cür addımların nə qədər yanlış olduğunu zaman göstərəcək”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az