“Rus silahı Qarabağa verilə bilməz”-Rusiyanın İrəvandakı səfirliyi

“Rus silahı Qarabağa verilə bilməz”-Rusiyanın İrəvandakı səfirliyi

Bu gün mayın 9-da Rusiyanın İrəvandakı səfiri İvan Volınkin Qələbə günü münasibətilə keçirilən tədbirdə iştirak edərkən jurnalistlərin suallarına cavab verib və erməniləri pərt edib.

Virtualaz.org "Lragir.am” saytına istinadən xəbər verir ki, jurnalistlər səfirdən Rusiyanın Ermənistana verməli olduğu silahların niyə gecikdiyini soruşublar. Volınkin cavab verib ki, bu gün bayramdır və jurnalistlər bu mövzuda sual versələr yaxşıdır. Erməni jurnalistləri isə səfirlə mübahisəyə girərək xatırladıblar ki, Qarabağda müharibə gedir, Rusiya isə Azərbaycanı silahlandırmaqda davam edir. 

Səfir isə "sübut edin ki, Rusiya Azərbaycanı silahlandırır” deyib. Jurnalistlər Rusiya səfirinə baş nazirin müavini Dmitri Roqozinin açıqlamasını xatırladıblar. Bu zaman səfir deyib ki, Rusiya Azərbaycana da, Ermənistana da silah satır.

Daha sonra Rusiya səfirliyinin ikinci katibi jurnalistlərdən xahiş edib ki, mikrofonları söndürsünlər. Ardınca isə saytın yazdığı kimi "sensasion etiraf”la çıxış edib. "Bəyəm Ermənistan Dağlıq Qarabağı tanıyıb? Nə qədər ki, tanımayıb, rus silahı Qarabağa daxil ola bilməz”-diplomat deyib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az