"Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında telefon söhbətləri olub"

RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 21-də keçirilmiş brifinqdə bildirib ki, RF XİN rəhbəri Sergey Lavrov aprelin 21-də Ermənistana səfəri zamanı Dağlıq Qarabağda vəziyyəti müzakirə edəcək.
 
AzərTac xəbər verir ki, M.Zaxarova deyib: "Rusiya tərəfi vəziyyətin gərginliyini azaltmaq üçün bütün səviyyələrdə maksimum səy göstərib. Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında telefon söhbətləri olub. RF baş naziri Dmitri Medvedyev İrəvana və Bakıya operativ səfərlər edib. Aprelin 7-də Lavrov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb”.
 
M.Zaxarova tərəfləri təmkin nümayiş etdirməyə çağırıb və əmin olduğunu bildirib ki, tərəflər danışıqlar prosesini bərpa etməli, hərbi xərclərin azaldılması işini fəallaşdırmalıdırlar.
 
Onun sözlərinə görə, Rusiya bu məsələdə tərəflərə kömək etməyə hazırdır.
 
Rusiya xarici siyasət idarəsinin rəsmi nümayəndəsi deyib: "Biz bu məqsədin reallaşmasında beynəlxalq vasitəçi qismində ATƏT-in Minsk qrupunun həmsədrləri olan digər dövlətlərlə qarşılıqlı əlaqəli şəkildə tərəflərə hər cür kömək etməyə hazır olduğumuzu bir daha təsdiqləyirik”.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az