Rusiya döyüşə yeni qüvvələr hazırlayır – Uzaq Şərqdə hərəkətlilik

Rusiya döyüşə yeni qüvvələr hazırlayır – Uzaq Şərqdə hərəkətlilik

Rusiyanın Şərq Hərbi Dairəsinin (SVO) poliqonlarında ehtiyatda olan hərbçilərlə məşqlər başlayıb.

Miq.Az xəbər verir ki, bu barədə "İnterfaks” məlumat yayıb.

"Martın 15-dən 17-dək müqavilə bağlamış ehtiyatda olan hərbi qulluqçularla praktiki məşğələ keçiriləcək. Ehtiyatda olanlar atıcı silahlardan atəş açmalı, müasir silah və hərbi texnikaların döyüş imkanlarını öyrənməli, zəruri hərbi və dövlət obyektlərinin müdafiəsinin təşkili üçün ilkin vərdişlərə yiyələnməli olacaqlar”, - nəşr SVO-nun mətbuat xidmətindən sitat gətirib.

Ukrayna mətbuatının iddiasına görə, Rusiya qoşunları itkilərini Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərinin səfərbər edilmiş sakinləri hesabına tamamlayır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az