Rusiya ən güclü silahını Türkiyəyə verdi

Rusiya ən güclü silahını Türkiyəyə verdi

Kreml qeyri-rəsmi olsa da xəbəri təsdiqləyib

Rusiya və Türkiyə  S-400 zenit raket sistemlərinin satışı ilə bağlı sazişin texniki məsələləri üzrə anlaşma əldə ediblər.

Bu barədə bu gün Peterburq beynəlxalq iqtisadi forumunun  kluarlarında "Rostex" dövlət korporasiyasının baş direktoru  Sergey Çemezov bildirib.

İstiPressin "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, o həmçinin bildirib ki, hazırda Rusiya tərəfi bu silahı almaq üçün Türkiyəyə kredit ayrılması üzrə imkanlara baxır.

"Maliyyə məsələsinin müzakirəsi gedir. Türkiyə tərəfi maliyyə almaq  üçün imkanlar axtarır. Bu məsələ hökumətlərarası səviyyədə müzakirədə idi, buna görə də yalnız hökumət kredit ayıra bilər" - deyə korporasiya başçısı bildirb.

Daha öncə, Türkiyə müdafiə naziri Fikri Işık bildirmişdi ki, S-400 zenit raket sistemlərinin satışı ilə bağlı iki ölkə arasında danışıqlarda irəliləmə var.

Rəsmi  adı  "Triumf” olan S-400 zenit raket sistemi bütün çağdaş və perspektiv hava kosmik hücum vasitələrinin məhvi üçün nəzərdə tutulur. Bu sistemlər 2007-ci ildən Rusiya ordusunda tətbiq edilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az