Rusiya Ermənistana yeni qırıcılar göndərir

Rusiya Ermənistana yeni qırıcılar göndərir

Komandir: "Qırıcılarımız qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə tam hazırdır"

Rusiya Silahlı Qüvvələri Ermənistandakı qırıcılarını yeniləyəcək.

Bu barədə İrəvanın Erebuni aerodromundakı Rusiya aviabazasının komandiri Aleksandr Petrov bildirib.

Onun sözlərinə görə, Ermənistandakı MiQ-29 qırıcıları yaxın vaxtlarda MiQ-35 qırıcları ilə əvəzlənə bilər.

"Bu yaxınlarda MiQ-35 təyyarələrinin pilot layihəsini həyata keçirdik. Gizlətməyəcəm, müəyyən müddətdən, bəlkə də bir neçə ilə MiQ-35 qırıcıları Ermənistandakı avibazaya göndəriləcək”, - A.Petrov bildirib.

Rusiya hərbi aviabazasının komandiri əlavə edib ki, Ermənistandakı hərbi bazada yerləşən MiQ-29 qırıcıları və Mi-24 və Mi-8 helikopterləri qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə tam hazırdır./İstiPress/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az