Rusiya helikopteri Ukrayna sərhədini pozdu, niyə vurulmadı?

Rusiya helikopteri Ukrayna sərhədini pozdu, niyə vurulmadı?

Rusiyaya məxsus Mİ-8 helikopteri Ukrayna sərhədini pozub.
 
Miq.Az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəisi general-mayor Sergey Deyneko danışıb.
 
"Helikopter Ukrayna ərazisinə təxminən 50 metr məsafədə daxil oldu, bir dəqiqədən az müddətdə ərazimizdə idi", - Deyneko deyib.
 
O, helikopteri niyə vurmadıqlarını belə izah edib:
 
"İlk növbədə belə bir vasitənin məhv edilməsi üçün Ukraynanın bütün sərhəd dəstələrində portativ zenit-raket sisteminə ehtiyac var. Əlavə olaraq, iki dövlət arasındakı sərhəd təyin olunmadığı üçün səhv ehtimalı yüksəkdir".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az