Rusiya həmin gün qana boyanacaqdı – İŞİD-in HÜCUM PLANI

Rusiya həmin gün qana boyanacaqdı – İŞİD-in HÜCUM PLANI

Rusiyanın Nijni-Novqorod şəhərində İŞİD terror qruplaşmasının üzvü məhv edilib.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib.

Terrorçu yaxın xarici ölkələrindən birinin vətəndaşı olub. O, Rusiyada prezident seçkiləri günündə terror hücumunun həyata keçirlməsini hazırlayırdı. İŞİD üzvü tutulma zamanı təhlükəsizlik əməkdaşlarına silahlı müqavimət göstərib və o, nəticədə məhv edilib.

Axtarışlar nəticəsində partlayıcı gücü böyük olan əldəqayırma qurğu, onun istehsali üçün istifadə edilən komponentlər, bir neçə bomba, odlu silah və sursat aşkarlanıb.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az