Rusiya İŞİD-i bombalayır? - Putin danışdı

Rusiya İŞİD-i bombalayır? - Putin danışdı
Günlərdir xarici mətbuatda Rusiyanın İŞİD əleyhinə hava əməliyyatlarına dəstək üçün Suriyadakı Bəşər Əsəd rejiminə hərbi qüvvə göndərdiyi barədə məlumatlar yayılır. 

Vətəninfo.az-ın məlumatına görə, Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ilk dəfə İsrail mətbuatı yazmış, sonradan məlumat əksər Qərb KİV-lərində də yer almışdı. 

Məsələyə ABŞ Dövlət Departamentindən də reaksiya verilmiş və qurumun sözçüsü Mark Toner bildirmişdi ki, əgər bu məlumat gerçəkdirsə, Vaşinqton Rusiyanın İŞİD əleyhinə mücadiləyə qoşulmasını yalnız alqışlaya bilər. 
İsrail mətbuatı onu da iddia edir ki, İŞİD-ə məxsus mövqeləri bombalamaq üçün Rusiya Suriyaya canlı qüvvə ilə yanaşı, bir neçə helikopter də göndərib. 

Rusiya tərəfindən ilk rəsmi mövqe prezidentin mətbuat katibi Dmitri Peskovdan gəlmiş və o, bu xəbərin gerçək olmadığını bildirmişdi. Rusiya Xarici İşlər Nazirliyi isə Moskvanın terrora qarşı mübarizədə Suriyaya yalnız beynəlxalq hüquq çərçivəsində dəstək verdiyini bildirmişdi.

Bu gün ABŞ tərəfi məsələni gündəmdə saxladıqlarını və Rusiyanın Əsəd rejiminə məlum dəstəyi verib-vermədiyini araşdırdıqlarını bəyan edib. Ağ Evin sözçüsü Coş Ernest bildirib ki, Vaşinqton Rusiyanın Suriyaya əsgər və hərbi texnika göndərdiyi barədə xəbərləri diqqətlə izləyir. 

Nəhayət bu gün Rusiya prezidenti Vladimir Putin də sükutu pozaraq məsələ ilə bağlı açıqlama verib. 
Putin bildirib ki, Rusiyanın İŞİD ekstremistlərinə qarşı mübarizədə iştirakı ilə bağlı danışmaq hələ tezdir: «Suriya və İraqda fəallaşan bu qruplaşma dünyanın bir çox ölkəsində, eləcə də Rusiyada terror təşkilatı kimi tanınıb. «Rusiya İŞİD-ə qarşı mübarizədə filan işi görəcək» demək hələ tezdir. Amma biz onsuz da Suriyaya kifayət qədər ciddi dəstək veririk. Həm hərbi texnika, həm də suriyalı hərbiçilərin təlimi baxımından». 

Rusiya prezidenti onu da bildirib ki, Moskvanın ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyaya qoşulma ehtimalı hələ ki yüksək deyil. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az