Rusiya NÜVƏ RAKETİNİ raketini Qafqaza gətirib?
ABŞ-dan şok iddia - raket batareyası gizli şəkildə test bazasından çıxarılıb
Rusiya uzun müddətdir sınadığı özü idarə edilən qanadlı nüvə raketlərindən birini gizli şəkildə hərbi bazaya yerləşdirib. "CNNTürk" xəbər verir ki, bu şok iddia ilə "The New York Times" çıxış edib.
İddiaya görə, Azərbaycanın şimal qonşusu orta mənzilli qurudan atılan raketləri qadağan edən anlaşmanın şərtlərini pozub. Adıçəkilən raket qısa müddət öncə hərbi bazalardan birinə yerləşdirilib.
Dünyanın ən nüfuzlu media orqanlarından olan qəzet bu xəbəri adını açıqlamadığı amerikalı rəsmilərə istinadla yazıb. Məlumatda qeyd edilir ki, Rusiya son bir neçə ildir üzərində çalışdığı, testlərdən keçirdiyi "SSC-8" nüvə başlıqlı qanadlı raket batareyasını Volqoqrad yaxınlığındakı raket test bazası olan "Kapusting Yar"dan çıxararaq hərbi bazaya yerləşdirib.
"Kapusting Yar"da "SSC-8" batareyasından iki ədəd var. Onlardan biri ötən ilin dekabr ayında köçürülüb.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) sözçüsü Laura Seal açıqlamasında kəşfiyyat məlumatlarını şərh etməsə də, Rusiyanın uzun müddətdir 30 il öncə imzalanan orta mənzilli nüvə qüvvələri haqqında razılaşmasını pozduğunu deyib.
İstiPress-in Rusiyanın "Vedomosti" qəzetinə istinadla verdiyi məlumata görə, kompleks haqqında açıq informasiya yoxdur. Amma ehtimal ki, söhbət "9M729" raketindən gedir. Bunun isə adi və ya nüvə başlıqla 5500 km uçuş məsafəsinə malik olan qanadlı X-101 strateji raketinin yerüstü variantı olduğu istisna edilmir.
Miq.Az