Rusiya Qazaxıstana 4 şərt irəli sürdü - Şok iddia

Rusiya Qazaxıstana 4 şərt irəli sürdü - Şok iddia

Qazaxıstan rəhbərliyi ölkə etiraz aksiyalarının qarşısını almaq və nəzarəti bərpa etmək üçün başda Rusiya olmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək istəyib.
 
Teleqraf.com xatırladır ki, ötən gün axşam "Xəbər21” kanalına açıqlamasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev KTMT-dən belə bir dəstək istədiklərini təsdiqləyib.
 
Türkiyə mediasında yayımlanan iddiaya görə, Rusiya Qazaxıstana dəstək vermək üçün dörd maddəlik şərt irəli sürüb.
 
Bu şərtlərdən biri Krımın ilhaqının Qazaxıstan tərəfindən tanınmasıdır. İddiaya görə, digər şərt rus dilinin Qazaxıstanda yenidən rəsmən ikinci dil olmasının təmin edilməsidir. Üçüncü şərt kimi Qazaxıstanın öz ərazilərində Rusiya hərbi bazalarının qurulması üçün müvafiq şəraitin yaradılması, nəhayətdə sonuncusunun Qazaxıstanda yaşayan rusdilli əhaliyə muxtariyyət hüququnun verilməsidir.
 
Bu iddiaların nə dərəcədə doğru olub-olmadığını qarşıdakı zaman ortaya qoyacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az