Rusiya və ABŞ aviasiyalarının İŞİD-ə qarşı mübarizədə qarşılıqlı fəaliyyəti haqqında sənəd hazırlanır

Rusiya və ABŞ aviasiyalarının İŞİD-ə qarşı mübarizədə qarşılıqlı fəaliyyəti haqqında sənəd hazırlanır
Rusiya və ABŞ hərbçiləri Suriyada İŞİD-ə qarşı mübarizədə aviasiyaların qarşılıqlı fəaliyəti haqqında sənəd hazırlayır.

 

Vətəninfo.az xəbər verir ki, APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov məlumat verib. "Təəssüf ki, amerikalılar hələlik bizim əməkdaşlığı pilotlarımızın missiya yerinə yetirərkən texniki məsələlər üzrə əməkdaşlığı səviyyəsində nəzərdə tutur. Amerikalılar bizə sənəd veriblər və biz bunun üzərində işləyirik. Bildirmək istəyirəm ki, Baş Qərargahda bu sənəd prinsipcə dəstəklənib. Biz bu məzmun üzərində işləyirik”, - deyə o, söyləyib.

 

Nazir müavini qeyd edib ki, bu sənəd həm İŞİD-ə qarşı koalisiya, həm də Rusiya Müdafiə Nazirliyi üçün faydalı olacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az