Rusiya və ABŞ generalları yenidən Bakıda-Təcili görüş
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıya gəlib.
Miq.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Gerasimov Bakıda NATO Birləşmiş Qoşunlarının baş komandanı Körtis Skaparotti ilə görüşəcək.
Görüşdə əsas müzakirənin NATO və Rusiyanın Avropadakı hərbi fəaliyyətləri, eləcə də Suriya məsələsi olacağı vurğulanıb.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Gerasimov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşəcək.
Miq.Az