Rusiya və Ermənistan sərhədçiləri Qarabağda təlim keçirdi - QALMAQAL

Rusiya və Ermənistan sərhədçiləri Qarabağda təlim keçirdi - QALMAQAL
Rusiya və Ermənistan İranla sərhəddə təlimlər keçiriib.

Miq.az  modern.az-a istnadən xəbər verir ki, təlimlərdə İran-Ermənistan sərhəddini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin köməyi ilə yaxalanma ssenariləri işlənib. Təlimlərin bir hissəsinin Dağlıq Qarabağ ərazisinədək keçirildiyi açıqlanıb.
 
"İran-Ermənistan sərhədini keçən 2 şərqi sərhəd pozucusu Ermənistanla "Dağlıq Qarabağ Respublikası"nın inzibati sərhədini aşaraq dağlıq ərazidə gizlənməyə cəhd edib. Pozuculardan biri dağlıq ərazidə, digəri isə dron vasitəsilə yaxalanıb" - deyə rəsmi açıqlamada deyilir.
 
Xatırladaq ki, Rusiya 1992-ci il 30 sentyabr razılaşmasına uyğun olaraq Ermənistan-İran və Ermənistan -Türkiyə sərhədlərini qoruyur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az