"Rusiya və terrorizm NATO-nun qarşılaşdığı iki ən önəmli təhdiddir" - Çavuşoğlu


Türkiyə NATO-nun açıq qapı siyasətinə heç bir zaman qarşı olmayıb.

Miq.Az xəbər verir ki, bu barədə Praqada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çexiyalı həmkarı Yan Lipavski ilə birgə mətbuat konfransı zamanı deyib.

O, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyini xatırladaraq, Rusiya və terrorizm NATO-nun qarşılaşdığı iki ən önəmli təhdid olduğunu qeyd edib. Nazir əlavə edib ki, təşkilat çərçivəsində bütün müttəfiqlərin narahatlıqları nəzərə alınmalıdır və Türkiyə İsveç və Finlandiyanın alyansa üzvlüyü ilə bağlı öz fikrini tərəflərə çatdırıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az