2018 Dünya Çempionatına ev sahibliyi edən Rusiya futbolçuların təhlükəsizliyini təmin etmək üçün yarışların təşkil edildiyi şəhərlərdə əhaliyə bəzi qadağalar qoyub.
Publika.az xəbər verir ki, yarışlar ərzində vətəndaşların pəncərədən baxması, eyvanlara çıxması və yarışların videosunu çəkməsi qadağan edilib.
Müsabiqənin keçiriləcəyi 11 şəhərin əhalisi bir sənəd imzalamağa məcbur edilib. Sənəddə qeyd edilib ki, ətraf ərazilərdə yaşayan sakinlər mobil telefonlarla futbolçuların görüntülərini çəkə bilməz, hətta futbol komandalarının avtomobil keçidlərinə belə baxmayacaqlar. Bu qaydalara riayət etməyənlər Rusiya Federal Təhlükəsizlik Xidməti və ya polis tərəfindən sanksiyalara məruz qalacaq.
Matçların oynanacağı və komandaların düşərgə salacağı yerləri əhatə edən bu qaydalar bu şəkildə gerçəkləşdirilib:
İngiltərə millisinin meydana çıxacağı Kalininqrad şəhərində şəhərin tərk edilmiş sənaye bölgəsi mənzərəsini düzəltmək üçün artıq istifadə edilməyən bir fabrikə aid qalıqların üzəri örtülüb, pəncərələrinə çiçəkli bəzəklər qoyulub.
Rostovda bəzi evlərin çöl tərəfi üzəri şəkilli və naxışlı posterlərlə bəzədilib.
İslandiya və İsveç milli komandalarının düşərgə salacaqları Gelendzikdə vətəndaşlardan pənəcərəyə və eyvana çıxmamaq tələb edilib. Həmçinin, onlara futbolçuların görüntülərini çəkmək qadağan edilib. Buna məşqlər və gəliş-gedişlər də daxildir.
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE