Rusiyada məhbusların qiyamına azərbaycanlı başçılıq edib?

 Rusiyada məhbusların qiyamına azərbaycanlı başçılıq edib?
Xakasiyadakı həbsxanada baş verən qiyamın təşkilatçılığında təqsirkar bilinən 4 məhbus barəsində cinayət işi qaldırılıb.

Miq.az Modern.az-a istinadən bildirir ki, onların arasında azərbaycanlı Şamil Əliyev də var.

Abakandakı islah-əmək müəssisəsində qarşıdurma iyulun 24-də axşam baş verib və səhəri günü səhər saatlarında qarşısı alınıb. Qiyamda 242 nəfər (burada cəmi 302 məhbus var) iştirak edib. Məlumatda qiyamın təşkilatçısının Moskvadan gəldiyi qeyd edilir.

Onların əsas tələbi onlara xüsusi ayrılmış yerdə yox, sərbəst şəkildə siqaret çəkmələrinə icazə verilməsi, həbsxananın ərazisində sərbəst hərəkət etmək və döş nişanları taxmamaq olub.

Bundan əvvəl qiyamın 4 təşkilatçısına - Yuri Tımtışevə, Fərhad Niyazova, Arsen Abramyana və Qavruş Tonyana da ittiham irəli sürülüb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az