Rusiyadan cəbhədəki qanlı döyüşlərə görə Bakıya böyük ittiham

Rusiyadan cəbhədəki qanlı döyüşlərə görə Bakıya böyük ittiham
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə Azərbaycan və Ermənistanın mövqelərinin yaxınlaşdırılması üçün addımlar atmağa davam edəcək".

Miq.az  istipress-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin TACC dövlət agentliyinə müsahibəsində deyib.

2016-cı ilin aprel ayında Dağlıq Qarabağda təmas xəttində baş vermiş dördgünlük müharibəni xatırladan səfir bildirib ki, Rusiyanın, eyni zamanda ATƏT-in Minsk qrupunun (Rusiya, ABŞ və Fransa - red.) köməkliyi ilə bölgədə vəziyyətin normallaşması üçün müvafiq addımlar atıldı, Vyana və Sankt-Peterburqda görüşlər keçirildi.

"Təəssüf  ki, bu günə qədər beynəlxalq vasitəçilik müqaviləsi üzrə əldə olunan razılıqlar, eyni zamanda silahlı insidentlərin araşdırılması mexanizmi və ATƏT-in Minsk qrupunun müşahidəçilərinin münaqişə zonasında missiyasının genişləndirilməsi hələ də reallaşdırılmayıb", - deyə Rusiya səfiri qeyd edib.



Bundan başqa, səfir İvan Volınkin ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşma barədə də danışıb.

Rusiya rəsmisi sərhəddəki döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin təxribatı kimi qiymətləndirib.

"Həmin vaxt erməni hərbi qulluqçular, hücum edən Azərbaycan əsgəri Ermənistan ərazisində həlak olub", - deyə İvan Volınkin bildirib.

Rusiyanın məqsədinin Cənubi Qafqazda sakitlik və sabitliyin bərpa ediləsinin olduğunu deyən səfir bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ATƏT-in Minsk qrupu ilə həyata keçirilməlidir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az