Rusiyadan həmlə: İstanbul boğazı nəzarətə götürülür

Rusiyadan həmlə: İstanbul boğazı nəzarətə götürülür
Rusiya ordusu NATO-nun hərbi fəaliyyətini artırmasına cavab olaraq Baltik və Qara dənizdə yeni model radar sistemləri yerləşdirəcək.
 
Axar.az xəbər veriri ki, bu barədə adı açıqlanmayan hərbi qaynaq "İnterfaks”a məlumat verib.
 
Onun sözlərinə görə, yenilənmiş "Podsolnux” radar sistemi 2017-ci ildə Baltik dənizində istifadəyə veriləcək.
 
Qaynaq İstanbul boğazından keçən bütün gəmiləri təsbit edə biləcək bənzər radar stansiyasının da Krımda yerləşdiriləcəyini əlavə edib.
 
Qeyd edək ki, "Podsolnux” radar sistemi 450 kilometr diametrində hərəkət edən bütün gəmi və təyyarələri təyin edə bilir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az