Rusiyadan Qarabağ açıqlaması
Dağlıq Qarabağdakı situasiya təmkinli olmağı tələb edir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib. Onun sözlərinə görə, hazırda əsas məqsəd qarşıdurmanın yenidən qızışmasına yol verməməkdir:
"Biz əminik ki, tərəflər daha dayanıqlı sülh razılaşmasının əldə olunmasına yönəlmiş danışıqlar prosesini yeniləməlidirlər. Hazırda birinci məqsəd sözsüz ki, situasiyanın sakitləşməsi, yeni aqressiyaya imkan verməməkdir”.
Miq.az