Rusiyadan şok Ukrayna etirafı - Yayımladıqdan dərhal sonra sildilər

Rusiyadan şok Ukrayna etirafı - Yayımladıqdan dərhal sonra sildilər

Rusiyada yayımlanan və Ukraynanın işğalını dəstəkləyən "Readovka” qəzeti Rusiya Müdafiə Nazirliyinin 13 414 hərbçinin öldüyünü, 7 mininin isə itkin düşdüyünü qəbul etdiyini bildirib.

Miq.Az xəbər verir ki, qəzet internet saytında yayımladığı xəbəri qısa müddətdə silib.

Xəbərdə ölən rus hərbçiləri üçün "yerləri doldurulmayan itkilər” ifadəsi işlədilib.

Qəzet onu da yazıb ki, nazirlik Rusiyanın "Moskva” kreyserinin ekipajından 116 nəfərin həlak olduğunu təsdiqləyib. Gəmidə olan 100 nəfərin də itkin düşdüyü bildirilib.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az