Rusiyalı hərbçilər Xankəndində hərbi təlim keçirdi - RƏSMİ

Rusiyalı hərbçilər Xankəndində hərbi təlim keçirdi - RƏSMİ

Rusiya sülhməramlı kontingentinin hərbçiləri Xankəndi poliqonunda rutin döyüş hazırlığı təlimləri çərçivəsində minaatanların atışını məşq ediblər.

Miq.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, artilleriya qrupları yük maşınlarına quraşdırılmış silahlardan dağlarda təbii maneələrin arxasında yerləşən müşahidə olunmamış hədəflərə atəş açıblar.

Minaatanlar 500-2000 metr məsafədə təqribən 50 hədəfi vurub.

Təlimdə 82 mm-lik minaatanlardan istifadə olunduğu bildirilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az