Rusiyalı qadın biznesmen İslamı qəbul edib

Rusiyalı qadın biznesmen İslamı qəbul edib
Rusiyanın Bryansk vilayətinin eyniadlı şəhərinin sakini Olqa Novikova islam dinini qəbul edib.
Vətəninfo.az-ın məlumatına görə, Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl müsəlmanlığı qəbul etmiş qadın bunu hamıdan gizlədib. Yalnız hicab geyindikdən sonra Olqanın dinini dəyişməsi ictimailəşib.
Rusiya mətbuatının yazdığına görə, övladına Adəm adını qoymuş qadın onu müsəlman ənənələri ilə böyüdür.
Əri ilə münasibətlərində hər hansı problemlərinin olmadığını deyən qadın hicab geyinməsindən məmnun olduğunu dilə gətirib. O xatırladıb ki, ailəsinin xristianlıqla bağlılığı çox zəif olub. Bu səbəbdən İslamı qəbul etmək onun üçün çətin olmayıb.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az